Ana Sayfa > Karusel / Siyasət / Hadisə / Dünya > Şimali Koreya savaşa hazırlaşır - Paytaxt boşaldılır

Şimali Koreya savaşa hazırlaşır - Paytaxt boşaldılır


13-04-2017, 11:58. Yazar: Xeberaz
Şimali Koreya savaşa hazırlaşır - Paytaxt boşaldılır

Şimali Koreya paytaxt Pxenyanı boşaldaraq savaş mövqeyinə keçib.

Yaponiya isə hərbi gəmilərini ABŞ-ın donanmasına qatmağa hazırlaşır.

Rusiya mediasının iddiasına əsasən, Şimali Koreya lideri Kim Çen İn paytaxtın dərhal evakuasiya edilməsi və savaş mövqeyinə keçilməsi barədə əmr verib.

ABŞ Koreya yarımadasına donanma göndərdikdən sonra Yaponiya hökuməti də hərbi gəmilərini bu donanmaya əlavə etmək üçün hazırlığa başlayıb.

Cənubi Koreya mənbələri də bildirir ki, Şimali Koreyada əhalini sığınacaqlara yönəldirlər.
Geri dön