Ana Sayfa > Karusel / İdman > "Barselona"dan qorxmuruq, amma..." - Buffon

"Barselona"dan qorxmuruq, amma..." - Buffon


12-04-2017, 16:57. Yazar: Xeberaz
"Barselona"dan qorxmuruq, amma..." - Buffon

"Barselona"dan qorxmuruq, amma..." - Buffon
“Yüksək səviyyəli bir klubda oynayıram. Komanda yoldaşlarım mənə hər zaman dəstək olurlar. Hər matçda özümü sübut etməliyəm”.

Bu sözləri "Yuventus"un kapitanı Canluici Buffon Çempionlar Liqasının 1/4 finalında "Barselona"ya 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, böyükhesablı qələbəyə baxmayaraq, cütün taleyinin həll olunmadığını bildirib: “Cavab qarşılaşmasının da bizim üçün yaxşı keçəcəyini bilirəm. 3:0 o qədər də bizi rahatlaşdıracaq hesab deyil. “Barselona”dan qorxmuruq, ancaq PSJ ilə oyunlarına diqqət yetirməliyik. Təmkinli olmaq daha məntiqlidir. Oyunumuzdan razıyıq, amma hələ turu keçməmişik”.

39 yaşlı qolkiper rəqiblərini dünyanın ən yaxşı komandası adlandırıb: “Fikrimcə, “Barselona” indi də dünyanın ən yaxşı komandasıdır. Onlar istəsələr, hər kuboku qazana bilərlər. Yaxşı ki, biz komanda oyunu oynayırıq”.

Qeyd edək ki, komandalar arasında cavab matçı aprelin 19-da keçiriləcək.
Geri dön