Ana Sayfa > Karusel / Hadisə > Bakıda bina uçub: Ölən var

Bakıda bina uçub: Ölən var


12-04-2017, 16:39. Yazar: Xeberaz
Bakıda bina uçub: Ölən var

Bakı şəhərində bina uçub.

"Xəbəraz.az " xəbər verir ki, paytaxtın Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şıx qəsəbəsində, “Green City” istirahət mərkəzində baş verib.

Tikilməkdə olan binada baş verən uçqun nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə yerinə cəlb edilən xilasedicilər dağıntılar altından 1 nəfərin meyitini çıxarıblar. Hazırda xilasetmə işləri davam etdirilir.
Geri dön