Ana Sayfa > Karusel / İdman > “Real”da “Bavariya” ilə oyunöncəsi ciddi itki

“Real”da “Bavariya” ilə oyunöncəsi ciddi itki


12-04-2017, 15:38. Yazar: Xeberaz
“Real”da “Bavariya” ilə oyunöncəsi ciddi itki“Real”da “Bavariya” ilə oyunöncəsi ciddi itki

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün “Bavariya”nın qonağı olacaq “Real” ciddi itki ilə üzləşib.

"Kral klubu"nun aparıcı futbolçusu Kərim Benzema matçı buraxmaq ehtimalı ilə üz-üzədir. Belə ki, fransalı futbolçu komandasının oyunöncəsi son məşqində iştirak etməyib. Onun qarşılaşmada iştirak edib-etməyəcəyi hələlik dəqiqləşməyib.

Qeyd edək ki, "Bavariya" - "Real" oyunu bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Geri dön