Ana Sayfa > Karusel / Gündəm > Bakıda ilk - 7 nəfərlik YENİ TAKSİLƏR

Bakıda ilk - 7 nəfərlik YENİ TAKSİLƏR


11-04-2017, 18:20. Yazar: Xeberaz
Bakıda ilk - 7 nəfərlik YENİ TAKSİLƏR

Bakıya yeddi nəfərlik yeni taksilərin gətirilməsi nəzərdə tutulur.

"Xəbəraz.az " Trend-ə istinadən xəbər verir ki, hələ ki, belə taksilərdən neçə ədəd gətirilməsi və hansı rəngdə olması dəqiq müəyyənləşdirilməyib.

Məlumat verən mənbə bildirib ki, bu istiqamətdə işlər aparılır, tələbat öyrənilir, hansı rəngin şəhərə daha uyğun olması müəyyənləşdirilir.

Mənbə deyib: "İşlər başa çatdıqdan sonra belə taksilərdən neçə ədəd gətirilməsi və hansı rəngdə olması ilə bağlı qərar veriləcək. Yeddi nəfərlik taksilər həm rahatlığına, həm də imkanlarına görə digərlərindən fərqlənəcək".
Geri dön