Ana Sayfa > Karusel / Gündəm > Məscid və dini məbədlərə təbii qaz limitlə veriləcək
Məscid və dini məbədlərə təbii qaz limitlə veriləcək11-04-2017, 17:22. Yazar: Xeberaz |
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində (İB) bu ilin yanvar-mart ayları ərzində qurumda əhali sektoru üzrə 27554 yeni abonent qeydiyyata alınıb ki, bunun da 12570-i Bakı, Abşeron və Sumqayıt, 14984-i isə regionlar üzrədir. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2036014-ə çatıb. Qeyd edək ki, aprelin 1-nə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 422 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb. Geri dön |