Ana Sayfa > Karusel / Gündəm > Ali məktəblərə ilk qəbul imtahanlarının keçiriləcəyi vaxt məlum olub

Ali məktəblərə ilk qəbul imtahanlarının keçiriləcəyi vaxt məlum olub


11-04-2017, 17:10. Yazar: Xeberaz
Ali məktəblərə ilk qəbul imtahanlarının keçiriləcəyi vaxt məlum olub

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanlarının tarixləri müəyyənləşib.

Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanı aprelin 30-da, I və IV ixtisas qrupları üzrə isə mayın 7-də keçiriləcək.

Bu imtahanlarda “Abituriyentin elektron ərizəsi” formasını təsdiq edən və orada yazda keçiriləcək imtahanda iştirak etmək istədiyini qeyd edən abituriyentlər iştirak edə bilərlər. Abituriyentlər imtahanların keçirilməsinə 5 gün qalmış DİM-in rəsmi saytından “Abituriyentin imtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. Burada imtahanının keçiriləcəyi yer, saat və digər zəruri məlumatlar əksini tapacaq.

Geri dön