Ana Sayfa > Karusel / Gündəm > Sabah Sumqayıtda su olmayacaq

Sabah Sumqayıtda su olmayacaq


11-04-2017, 15:51. Yazar: Xeberaz
Sabah Sumqayıtda su olmayacaq


Sabah Sumqayıta içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhərində istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş magistral su xətti şəbəkəyə birləşdiriləcək.

Bununla əlaqədar aprelin 12-də saat 08:00-dan etibarən gün ərzində Sumqayıt şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.




Geri dön