Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt / Reportaj > Bakıda kütləvi dava: 2 nəfər bıçaqlanıb – VİDEO + YENİLƏNİB

Bakıda kütləvi dava: 2 nəfər bıçaqlanıb – VİDEO + YENİLƏNİB


11-04-2017, 11:07. Yazar: Xeberaz
Bakıda kütləvi dava: 2 nəfər bıçaqlanıb – VİDEO + YENİLƏNİB
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnmiş kütləvi dava olub.

"Xəbəraz.az " Report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Asif Məhərrəmov küçəsində yerləşən yaşayış binasının önündə 4 nəfər arasında kütləvi dava baş verib. Nəticədə 1990-cı il təvəllüdlü Həsənov Xansu və 1988-ci il təvəllüdlü Səbuhi Ağayev bıçaqlanıb.

X.Həsənov çoxlu qan itirdiyindən yaxınlıqda yerləşən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

S.Ağayev isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, hadisə “Edem” sağlamlıq mərkəzinin qarşısnda baş verib. Hadisə zamanı mərkəzə məxsus plafon qırılıb.


Geri dön