Ana Sayfa > Karusel / Hadisə > 60 yaşlı kişi özünü təndirxanada asıb

60 yaşlı kişi özünü təndirxanada asıb


10-04-2017, 23:27. Yazar: Xeberaz
60 yaşlı kişi özünü təndirxanada asıb

Zaqatalada 60 yaşlı kişi özünü təndirxanada asıb. "Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mazıx kəndində qeydə alınıb. Kənd sakini, 1957-ci il təvəllüdlü Məzahir Fazil oğlu Allahverdiyevin meyiti yaşadığı evin həyətyanı sahəsindəki təndirxanada asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.
Aparılan ilkin araşdırma zamanı 60 yaşlı Məzahir Allahverdiyevin hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Geri dön