Ana Sayfa > Karusel / Hadisə / Dünya / M2 > Miqrant saxlanıldı - Rusiya səfirliyini partlatmaq istəyirmiş

Miqrant saxlanıldı - Rusiya səfirliyini partlatmaq istəyirmiş


10-04-2017, 20:54. Yazar: Xeberaz
Miqrant saxlanıldı - Rusiya səfirliyini partlatmaq istəyirmiş

Leypsiq şəhərində saxlanılan miqrant Rusiyanın Almaniyadakı səfirliyi qarşısında terror aktı törətməyi planlaşdırırmış.

"Xəbəraz.az "APA-ya istinadən xəbər verir ki, bu barədə "Der Tagesspiegel" qəzetinə hüquq-mühafizə orqanlarından bildiriblər.

Ötən gün Almaniya polisi terror aktı hazırlamaqda şübhəli bilinən miqrantı saxlayıb. 25 yaşlı Mərakeş əsilli oğlan aprelin 8-də Leypsiq şəhəri yaxınlığında qaçqın düşərgəsində keçirilən əməliyyat zamanı tutulub. İlkin məlumata əsasən, o, Almaniyanın paytaxtı Berlində terror aktı törətməyi planlaşdırırmış.
Geri dön