Ana Sayfa > Karusel / Hadisə > Bakıda 108 minlik ŞANTAJ: fotoları yaymaqla hədələyiblər

Bakıda 108 minlik ŞANTAJ: fotoları yaymaqla hədələyiblər


10-04-2017, 20:42. Yazar: Xeberaz
Bakıda 108 minlik ŞANTAJ: fotoları yaymaqla hədələyiblər


Bakıda kişini intim görüntüləri ilə şantaj edən şəxs ondan 108 min manat alıb. "Xəbəraz.az "-ın Report-a istinadən xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, paytaxt sakini 34 yaşlı N.V. hüquq-mühafizə orqanlarına müraciət edərək şantaj olunduğunu bildirib. Şikayətçinin sözlərinə görə, əvvəldən tanıdığı Samir adlı şəxs hədə-qorxu gələrək onun müxtəlif qadınlarla olan intim görüntülərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib və həmin görüntüləri yaymamaq müqabilində 100 min manat alıb. Bu ilin fevral ayında həmin şəxs N.V.-dan daha 8 min manat alıb.
Əlacsız qalan şəxs polisə müraciət edib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.




Geri dön