Ana Sayfa > Karusel / Hadisə > Bakıda 25 yaşlı qız yaşadığı binanın girişində bıçaqlandı

Bakıda 25 yaşlı qız yaşadığı binanın girişində bıçaqlandı


10-04-2017, 11:10. Yazar: Xeberaz
Bakıda 25 yaşlı qız yaşadığı binanın girişində bıçaqlandı


Bakının Nizami rayonunun 8-ci km. qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

"Xəbəraz.az " report-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Hacıyeva Lalə Nurəddin qızı yaşadığı binanın girişində iki naməlum şəxsin hücumuna məruz qalıb.

Həmin şəxslər qızın boyun nahiyəsinə iki bıçaq zərbəsi endiriblər və əlindəki çantanı zorla alaraq qaçıblar. Ağır xəsarət alan qız xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.


Geri dön