Ana Sayfa > Karusel / Gündəm > Xınalığa 30 sm qar yağıb - Faktiki hava

Xınalığa 30 sm qar yağıb - Faktiki hava


10-04-2017, 11:08. Yazar: Xeberaz
Xınalığa 30 sm qar yağıb - Faktiki hava


Aprelin 9-u axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib, aprelin 10-u səhərədək şimşək çaxıb, arabir yağış, dağlıq rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub. Qərb küləyi əsib, bəzi rayonlarda arabir 20-30 m/s təşkil edib, Abşeron yarımadasında arabir 18-22 m/s-dək güclənib.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-7, Böyük Qafqazda 3-38, Mərkəzi-Aran rayonlarında 2-29, Kiçik Qafqazda 9-10, Qazax-Gəncə zonasında 1-9, Naxçıvan MR-da 1-7 mm olub.


Qar örtüyünün hündürlüyü Xınalıqda 30, Qırızda 22, Şahdağda 20, Sarıbaşda 5, Daşkəsəndə 1 sm-ə çatıb.


Geri dön