Ana Sayfa > Karusel / Şou-Biznes > Oksana Rəsulova Elşad Xose ilə öpüşməsindən danışdı - AÇIQLAMA

Oksana Rəsulova Elşad Xose ilə öpüşməsindən danışdı - AÇIQLAMA


9-04-2017, 11:33. Yazar: Xeberaz
Oksana Rəsulova Elşad Xose ilə öpüşməsindən danışdı - AÇIQLAMA


“Kiçik bir öpüş çox böyük səs-küyə səbəb oldu. Biz düşünmədik ki, öpüşək, reytinq toplayaq”.

Bu sözləri rəqqasə Oksana Rəsulova açıqlamasında deyilib.

Sənətçi “Mələyin öpüşü” filmindəki obrazından, keçmiş həyat yoldaşı Elşad Xose ilə səmimi görüntülərindən danışıb:

“Bizim münasibətimizin 0,5 faizini filmdə görəcəksiniz. Hələ nələr var, nələr. Düşündük ki, elə edək heç kim inciməsin. Qərara gəldik ki, Oksana ancaq Elşadla öpüşə bilər. Elşad yox, başqası olsaydı, qəbul etməzdim. Ya səhnəni ssenaridən çıxardardım, ya da filmə çəkilməzdim. Düşünürəm ki, Elşad da bunu başqası ilə etməzdi. Məhz Elşada görə öpüşdüm”.

O.Rəsulova Elşadla yenidən ailə quracağı haqda xəbərlərə belə cavab verib:

"Nikaha tövbə etmişəm. Mən heç vaxt nikah kəsdirməyəcəm. Bilmirəm, Elşad nə düşünür. Bəlkə sabah başqasıyla ailə qurdu. Heç vaxt Elşad söhbətindən qaçmamışam. Mən onu sevmişəm, demək, ona layiq olub. Hələ treyler gəlir, soundtrek olacaq. Görün orda nələr olacaq".


Geri dön