Ana Sayfa > Karusel / İdman > Raul “Real”a qayıtdı

Raul “Real”a qayıtdı


8-04-2017, 18:29. Yazar: Xeberaz
Raul “Real”a qayıtdı

Əfsanəvi futbolçu Raul Qonzales yenidən “Real” klubuna xidmət edəcək. Keçmiş hücumçu “qalaktikos”la müqavilə imzalamaq üçün Madridə qayıdıb.

Gecə saatlarında doğma şəhərinə gedən Raul tezliklə “Real”ın prezidenti Florentino Pereslə görüşəcək. Tərəflər arasında münasibətlər rəsmiləşdikdən sonra sabiq “7 nömrə” Peresin məsləhətçisi kimi fəaliyyət göstərməyə başlayacaq.

Qeyd edək ki, Raul 1994-2010-cu illərdə formasını geyindiyi “kral klubu”nda 741 oyunda 323 qola imza atıb.
Geri dön