Ana Sayfa > Karusel / Siyasət / Dünya > Medvedev Trampla bağlı status yazdı - Münasibətlər gərginləşir

Medvedev Trampla bağlı status yazdı - Münasibətlər gərginləşir


8-04-2017, 11:19. Yazar: Xeberaz
Medvedev Trampla bağlı status yazdı - Münasibətlər gərginləşir


Rusiya baş naziri Dmitri Medvedev ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri endirməsinə münasibət bildirib.

Medvedev özünün Facebook səhifəsində yazıb ki, ABŞ prezidenti Donald Tramp İŞİD-ə qarşı Rusiya ilə birlikdə mübarizə aparmaq əvəzinə Suriyanın qanuni hökuməti ilə qəzəbli şəkildə rəftar edəcəyini nümayiş etdirib.

"ABŞ-ın Suriyaya hücumu zamanı beynəlxalq hüquq normaları pozulub. Eyni zamanda, hücum BMT-nin qərarı olmadan təşkil olunub", - o vurğulayıb.

Baş nazirin sözlərinə görə, Trampın bu addımı sübut edib ki, onun siyasəti Rusiya ilə hərbi toqquşma ehtimalı yaradır.




Geri dön