Ana Sayfa > Karusel / İbadət > İnsana dua etməyi öyrədən AYƏ

İnsana dua etməyi öyrədən AYƏ


8-04-2017, 00:19. Yazar: Xeberaz
İnsana dua etməyi öyrədən AYƏ

“Allah heç bir kəsin boynuna güc və qüvvəsindən artıq vəzifə qoymur. Kim nə xeyir iş görübsə - öz xeyrinə, nə pis iş görübsə - öz ziyanınadır. (Möminlər deyirlər:) «Ey Rəbbimiz, əgər biz unutsaq, ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, (günahlarımızın cəzası olaraq) ağır vəzifələr yükünü bizdən əvvəlkilərin boynuna qoyduğun kimi, bizim (də) boynumuza qoyma! Ey Rəbbimiz, (axirət əzabı kimi) taqətimiz çatmayan şeyləri bizə yükləmə, bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim mövlamızsan, odur ki, bizə kafirlərin dəstəsi üzərində (qələbə çalmağa) kömək et»”. (“Bəqərə” 286).
Qurani-Kərim elə bir kamil kitabdır ki, biz müsəlmanlara insanlığın dəyərlərini öyrədir və bizi hidayət edir. Quranın biz müsəlmanlara inayət etdiyi bərəkətlərdən biri də dua mədəniyyətidir. Əgər insan dua ədəbindən xəbərdar olarsa və ona əməl edərsə, o zaman duaları qəbul olar və Allah onun istəklərini yerinə yetirər. (Həvzəh)
Bu ayədə də göründüyü kimi, Allah bizlərə dua etməyin qaydalarını öyrədir və bizi bu sahədə maarifləndirir. Mömin belə dua edir: “Ey Rəbbimiz, (günahlarımızın cəzası olaraq) ağır vəzifələr yükünü bizdən əvvəlkilərin boynuna qoyduğun kimi, bizim (də) boynumuza qoyma!”. (“Bəqərə” 286).
Bəşər o zaman cəzalanmışdır ki, Allaha itaətsizlik etmişdir və bunun nümunələrini tarixdə aydın görmək olur. Yəhudilər Allahın əmrlərini pozduqlarına və Ona itaətsizlik etdiklərinə görə indiyə qədər də bəzi halallardan məhrum olmuşdular.
Bu ayə demək istəyir ki, İslam dini asan bir dindir və müsəlmana itaət və ibadət etməsi üçün hər cür şərait yaradır. O kəs ki, Allahın bəndəsi olar – Allah ona rəhmətini şamil edər və düşmənlərinin önündə qalib edər.
Hədislərimizin əksər hissəsində bu surənin son iki ayəsini hər gün oxumaq tövsiyə olunmuşdur ki, dünyada olan hər bir şərin qarşısını ala bilər və şeytanın (lən) vəsvəsəsinə qalib gələr. Bu ayələr qəlbə səfa verər, fəaliyyət üçün təhrik olar. İnsan o zaman ki, bu ayəni oxuyar – unutduğu xata və səhvləri yadına düşər və onlara görə istiğfar edər.
Çünki bu xatalar insanı günaha tərəf çəkə bilər. Bu ayə sayəsində insan dua etməyi öyrənər.
Beləliklə deyə bilərik ki, İslam dini çətin bir din deyildir ki, insanın boynuna gücü çatmayan vəzifələr qoysun.
İnsan bu dünyada nə edirsə, özünə qayıdır. Yaxşılıqlarından faydalanır, pis əməllərinə görə cəzalanır.
Dua etməyi Qurandan öyrənək və dualarımızda Allahdan bağışlanma istəyək.(deyerler.org)
Geri dön