Ana Sayfa > Karusel / Hadisə / Dünya > İŞİD dinc sakinlərə qarşı zəhərli qaz tədbiq edib

İŞİD dinc sakinlərə qarşı zəhərli qaz tədbiq edib


8-04-2017, 00:09. Yazar: Xeberaz
İŞİD dinc sakinlərə qarşı zəhərli qaz tədbiq edib

İŞİD terror qruplaşmasının yaraqlıları cümə günü, aprelin 7-də, Mosulda dinc sakinləri döyüş qazı olan mərmilərlə atəşə tutublar.

Bu barədə RİA Novosti-yə şəhər bələdiyyəsinin rəhbəri Əbdül Səttar əl-Xabu məlumat verib.

“İŞİD terrorçuları bu gün azad edilmiş Yarmuk və Matahin rayonlarında dinc sakinləri və hökümət qüvvələrini döyüş qazı olan mərmilərlə atəşə tutublar”, - o deyib.

Səttar əl-Xabunun sözlərinə görə, hadisə zamanı neçə nəfərin xəsarət alması barədə məlumat yoxdur.
Geri dön