Ana Sayfa > Karusel / Maraqlı / Xəbəraz TV > “Əşi yazmışam ki, məni rahat tapsınlar...” - Qəbiristanlığa nömrə yazan molla

“Əşi yazmışam ki, məni rahat tapsınlar...” - Qəbiristanlığa nömrə yazan molla


7-04-2017, 21:30. Yazar: Xeberaz
“Əşi yazmışam ki, məni rahat tapsınlar...” - Qəbiristanlığa nömrə yazan molla

Molla divarları yazır, özü də qəbiristanlığın divarlarını. Gülməlidir, amma gerçəkdir. Hətta divara öz nömrəsini yazır. Babək prospektindəki qəbristanlıqda bir molla addım başı divara öz telefon nömrəsini və molla sözünü yazıb.

"Xəbəraz.az "Xezerxeber.az-a istinadən xəbər verir ki, molla öz nömrəsini divar boyu 15 yerə yazıb.
Babək prospektindəki qəbristanlğın divarı mollanın nömrərləri ilə doludur. Özü də divarın yola baxan hissəsində. Həm də kortəbii yazılış şəklində.

Molla hətta xristianların dəfn olunduğu əraziyə də nömrə yazmağı unutmayıb.

Bu kreativ mollanı tanımaq istədik. Yazdığı nömrəyə zəng etdik.

Bilmirik hardan, amma molla divarı yazdığına görə onu axtardığımızı artıq bilirdi: "Hə nömrəmi yazdiğima görə gəlmisiz? Əşi yazmışam ki, məni rahat tapsınlar. Ona görə məni çox tənbeh ediblər, amma yazmışam daa”.


Geri dön