Ana Sayfa > Karusel / Hadisə > Naxçıvan Doğum Mərkəzi ana ölümünün səbəblərini açıqladı

Naxçıvan Doğum Mərkəzi ana ölümünün səbəblərini açıqladı


7-04-2017, 21:17. Yazar: Xeberaz
Naxçıvan Doğum Mərkəzi ana ölümünün səbəblərini açıqladı

Naxçıvan Doğum Mərkəzi ana ölümünə aydınlıq gətirib. Doğum Mərkəzindən verilən məlumata görə, xəstənin həyatını xilas etmək üçün bütün səylər göstərilib.

Belə ki, Həqiqət Mirzəyeva martın 13-nə gecə saat 00.50-də Doğum Mərkəzinə gətirilib. Müayinələrdən sonra təcili qeysəriyyə əməliyyatı aparılıb. Ekstubasiya olunaraq reanimasiya palatasına köçürülüb. 20 dəqiqə sonra qadında arterial təzyiqin enməsi və qanda oksigen səviyyəsinin düşməsinə görə bütün reanimasiya tədbirlərinə baxmayaraq ürək fəaliyyətinin dayanması baş verib. Qapalı ürək masajı və elektroşok nəticəsində ürək fəaliyyəti bərpa olunub, xəstə komaya girib. 24 sutka ərzində aparılan bütün reanimatoloji tədbirlərə baxmayaraq xəstə aprelin 5-də saat 20.00-da dünyasını dəyişib.

Doğum mərkəzi həmçinin qeyd edib ki, qadının 18 deyil, 23 yaşı olub və o, Naxçıvan şəhər qəbirstanlığında dəfn olunub. Əkizlər mərkəzin yenidoğulmuşların reanimasiya və intensiv terapiya bölməsində müşahidə altında saxlanılıb. Hazırda vəziyyətləri kafidir. "Xəstənin ölüm faktının 24 gün gizli saxlandığı haqında deyilənlərin də heç bir əsası yoxdur. Çünki həmin günlər ərzində qohumlarının hər gün xəstə və əkiz uşaqlarla görüşmələrinə imkan yaradılıb. Hazırda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən xüsusi həkim komissiyası yaradılıb, zahı qadının ağırlaşma və ölüm səbəbləri aydınlaşdırılır”, - deyə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin açıqlamasında bildirilir.
Geri dön