Ana Sayfa > Karusel / M2 / Xəbəraz TV / İbadət > "Adəm və Həvva Cənnətdə olmayıb" - ELŞAD MİRİ

"Adəm və Həvva Cənnətdə olmayıb" - ELŞAD MİRİ


7-04-2017, 19:02. Yazar: Xeberaz
"Adəm və Həvva Cənnətdə olmayıb" - ELŞAD MİRİ

Məhəmməd peyğəmbərin intim həyatı hədislərdə? Elşad Miri bütün hadisələri inkar edir? Peyğəmbərlə bağlı uydurulan yalanlar nələrdi? Qadınların heyz halında namaz qılıb, oruc tuta biəcəyini iddia edən professor Abdulaziz Bayındırın APA TV-yə açıqlaması:

“Bizə çox vaxt islamla bağlı öyrədilənlər Allahın bizə göndərdiyi din deyil, insanların Allaha öyrətdikləri din olub. Yəni endirilən yox, daha çox uydudulan din yaşamışıq”.

APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Elşad Miri "Yaşıl orta" verilişində deyib. O bildirib ki, mövhumatla, cahilliklə mübarizə aparmaq, Allahın tövhidini, haqqını insanlara çatdırmaq üçün peyğəmbərlər göndərilib: “Dini xurafatla yanaşı, gerçək islam hökmləri kimi bildiyimiz yalanlar da var. Məsələn, qadınların döyülməsi, zinaya görə daş-qalaq edilməsi və s. Bu hökmləri “Qurani-Kərim”ə əsaslandırırlar. Halbuki nə daş-qalaqla bağlı ayə var, nə də döyülməyi istinad etdikləri ayə o mənanı əks etdirmir. Yəni “döymək” kimi tərcümə olunan ifadə əslində tamam başqa məna daşıyır və bu səhv tərcümənin nəticəsidir”.

İlahiyyatçının sözlərinə görə, uydurma dini təsəvvür və səhv tərcümə nəticəsində islamın qadına ikinci dərəcəli varlıq kimi yanaşdığı anlaşılır: “ Əslində isə bu belə deyil. İslama görə cinsi üstünlük yoxdur. Kişi qadından bir dərəcə üstün deyil, hər ikisi bərabərdir. Hətta peyğəmbərimizlə bağlı uydurulan yalanlar da var. Məsələn, guya Hz. Məhəmməd (s.a.s.) peyğəmbər Ayı iki yerə bölüb, kosmosa gedib və s.” .

E. Miri qeyd edib ki, gerçək islamı öyrənmək üçün “Qurani-Kərim”i dərindən araşdırmaq lazımdır: “ Mən həqiqətən Allah rəsuluna aid olan hədisləri qəbul edərəm. Bütün hədisləri inkar etməyim doğru deyil. Amma araşdıranda görürsən ki, hətta səhih kimi təqdim olunan hədislərdə də ziddiyyət var”.

Verilişə Türkiyədən canlı video bağlantı ilə qoşulan ilahiyyatçı, İstanbul Universitetinin professoru Əbdüləziz Bayındır önəmli açıqlamalar verib. O bildirib ki, qadın heyz halında namaz qılıb, oruc tuta bilər. Həmçinin Adəm və Həvva möminlərə mükafat olaraq vəd edilən Cənnətdə deyil, Yer üzündəki bir bağda məskunlaşıblar. Professor hər iki iddiasına da aydınlıq gətirib.

E.Miri də Ə.Bayındırın fikirlərinə öz münasibətini bildirib. O, professorun Cənnətlə bağlı açıqlaması ilə razılaşdığını qeyd edib: “ Əgər Cənnət mükafatdırsa, o zaman Adəm və Həvva hansı əməllərinə görə Cənnətə yerləşdirilmişdi? Cənnətdən çıxış olacaqmı? Xeyr, amma orada Adəm və Həvvanın çıxarılma məsələsi var. İslamda bu cür başqa səhv məlumatlar da var”.



Geri dön