Ana Sayfa > Karusel / Gündəm / Şou-Biznes > Əkiz bacıların avtomobillə vurduğu kişinin nəvəsi: Vəziyyəti ağırdır

Əkiz bacıların avtomobillə vurduğu kişinin nəvəsi: Vəziyyəti ağırdır


7-04-2017, 15:24. Yazar: Xeberaz
Əkiz bacıların avtomobillə vurduğu kişinin nəvəsi: Vəziyyəti ağırdır

Müğənnilər Sevinc və Sevil Səfərova bacılarının törətdiyi qəzada ağır yaralanan Zöhrab Ağayevin nəvəsi babasının son durumu ilə bağlı açıqlama verib.

Hazırda xəstəxanada babasının yanında olan gənc bildirib ki, Z.Ağayev reanimasiyadadır və vəziyyəti ağır-stabildir.

O bildirib ki, babası ötən gecə indi olduğu özəl klinikaya köçürülüb:

“Kim istəyər ki, belə bir iş olsun. Babamın ölümünü yox, sağalmağını gözləyirik. Onun reanimasiyadan palataya köçürülməsi hələ çox tezdir”.

Z.Ağayevin nəvəsi deyib ki, müğənni bacılar xəstəxana xərcləri ilə bağlı onlara maddi yardım edirlər:

“Bizim o qızlardan şikayət etmək fikrimiz yoxdur”.
Geri dön