Ana Sayfa > Karusel / Şou-Biznes > "Elza, ağ eləmə, sən nənəsən" - Nadir

"Elza, ağ eləmə, sən nənəsən" - Nadir


6-04-2017, 22:22. Yazar: Xeberaz
"Elza, ağ eləmə, sən nənəsən" - Nadir


Əməkdar artist Elza Seyidcahanla müğənni Nadir Qafarzadə arasında qalmaqal yaşanıb.

Özünə “Mən sütül bəstəkaram” deyən E.Seyidcahana N.Qafarzadə etiraz edib.

N.Qafarzadə "ATV maqazin onlarla" verilişində həmkarını lağa qoyaraq bunları deyib:

“Sütül nədir? Elza, sən də daha ağ eləmə. Sən artıq nənəsən ey, nəvən var. Sütül 10-12 yaşı olanlara deyirlər. Sən sütül yox, südsən. Şeirlə dolu süd maşınısan.

Əməlli şairəsən. Elzanın şeirlərini diqqətlə oxumaq lazımdır, hər bir sözündə məntiq var. Onun şeirlərindən xoşum gəlir. Vaxt gələcək, Elza Azərbaycanda ikinci Mirzə Ələkbər Sabir olacaq”.




Geri dön