Ana Sayfa > Karusel / Qarabağdan xəbər var > Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqəmizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqəmizi atəşə tutub


6-04-2017, 17:15. Yazar: Xeberaz
Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqəmizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.
"Xəbəraz.az "Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki Aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.
Silahlı Qüvvələrimizin bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.
Geri dön