Ana Sayfa > Karusel / İdman > "Çempionlar Liqasında mübarizəni dayandırmağımız Özilə ciddi təsir edib"

"Çempionlar Liqasında mübarizəni dayandırmağımız Özilə ciddi təsir edib"


6-04-2017, 16:57. Yazar: Xeberaz
"Çempionlar Liqasında mübarizəni dayandırmağımız Özilə ciddi təsir edib"

"Arsenal" İngiltərə Premyer Liqasının 31-ci turunda "West Ham United"ə 3 cavabsız qolla qalib gəlib. Goal.az xəbər verir ki, "topçular"ın çalışdırıcısı Arsen Venqer matçdan sonra qollardan birinin müəllifi olan Mesut Özil haqqında bunları deyib:

"Hiss etdiyimə görə, Mesut fiziki cəhətdən qaydasına düşüb. Özili kifayət qədər yaxşı tanıyıram Çempionlar Liqasında mübarizəni dayandırmağımız ona ciddi təsir edib. Psixoloji baxımdan bərpa olunmaq üçün Özilə bir müddət lazım oldu. Son həftələr Mesut məşqlərdə böyük canfəşanlıq göstərir. Dünya ziddiyyətlərlə doludur. Hər şey yaxşı gedəndə çox şişirdilirsən, pisləşəndə isə olduqca tənqid olunursan".
Geri dön