Ana Sayfa > Karusel / Hadisə > Xəzərdə meyiti tapılan neftçinin şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB

Xəzərdə meyiti tapılan neftçinin şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB


6-04-2017, 16:52. Yazar: Xeberaz
Xəzərdə meyiti tapılan neftçinin şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB

Xəzər dənizində meyiti tapılmış neftçinin şəxsiyyəti məlum olub. Meyiti tapılan şəxsin Azay Zülfüqarov olduğu müəyyən edilib.

Bu barədə “Sputnik Azərbaycan”a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

13:37

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qərargahdan verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində dənizdə naməlum kişi meyiti aşkarlanıb.

Tapılan meyitin, “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir.

Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Geri dön