Ana Sayfa > Karusel / Texnologiya > “Microsoft” və “Casio” “ağıllı” saatlar istehsal edəcək

“Microsoft” və “Casio” “ağıllı” saatlar istehsal edəcək


6-04-2017, 14:29. Yazar: Xeberaz
“Microsoft” və “Casio” “ağıllı” saatlar istehsal edəcək

“Microsoft” və “Casio” korporasiyaları patent mübadiləsi ilə bağlı saziş imzalayıblar.

Şirkətlər yeni “ağıllı” saatların tərtibatında eyni müəllif hüquqlarına malik olacaqlar.

“Microsoft” nümayəndələri bildiriblər ki, “ağıllı” saatlar “Casio” içliyinə malik olacaqlar, “Microsoft” vasitəsilə isə istifadəçilər cihazın imkanlarını genişləndirəcəklər. Hazırda bütün detallar ciddi şəkildə sirr saxlanılır. Ancaq istisna deyil ki, yaxın zamanlarda bazarda iki şirkətin iştirakı ilə tərtib edilmiş yeni cihazlara rast gəlmək mümkün olacaq.

Təbii ki, saatlar təhlükəsizlik sensoru, süni intellektə və sair funksiyalara malik olacaq. Ancaq istifadəçiləri məhz nə gözlədiyi dəqiq məlum deyil.
Geri dön