Ana Sayfa > Karusel / İdman / M2 / Fotogalereya > Bakı 2015 Hindistanda da yayımlanacaq

Bakı 2015 Hindistanda da yayımlanacaq


18-03-2015, 21:12. Yazar: Xeberaz
Bakı 2015 Hindistanda da yayımlanacaq
NEO Sports şəbəkəsi ilə saziş imzalanıb.

"Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsi bu yay keçiriləcək Oyunların Hindistanda yayımlanması üçün NEO Sports şəbəkəsi ilə sazişə imza atıb.

Xeberaz.az xəbər verir ki, sazişə əsasən, "Bakı 2015" I Avropa Oyunları "NEO Sports" və "NEO Prime" kanalları vasitəsilə bütün ölkəyə yayımlanacaq.

Oyunlarla bağlı gündəlik xəbərlər və yarışlardan ən maraqlı anların lentə alındığı video-materiallar maksimum sayda tamaşaçının televiziyanı seyr etdiyi vaxtda nümayiş etdiriləcək. Avropa Oyunları kanallar və şəbəkənin veb-saytı vasitəsilə təbliğ olunacaq. Açılış və Bağlanış mərasimləri də canlı yayımlanacaq.
NEO Sports şəbəkəsi beynəlxalq idman yarışlarını, o cümlədən, müxtəlif tennis turnirlərini, Almaniya Bundesliqasını, “PGA Tour” qolf turnirlərini və digərlərini yayımlamaq hüququna malikdir.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsi bu sazişin bağlanması ilə Avropa Oyunlarının Birləşmiş Ştatlar, Çin və Ərəb dünyası da daxil olmaqla dünyanın 55 ölkəsində yayımlanacağını elan edib.
Geri dön