Ana Sayfa > Karusel / Səhiyyə > Hər zoğunda HƏYAT var

Hər zoğunda HƏYAT var


6-04-2017, 12:36. Yazar: Xeberaz
Hər zoğunda HƏYAT var

Mərəçöyüdün zahirən qanqalı xatırladan cavan zoğları çox vitaminli və xeyirlidir. Mərəçöyüdü həm də bişirib yeyirlər.
Budaqları duzlu suda pörtlədilir, azca sıxılaraq duzu çıxarılır və yağ-soğanla qızardılır. Qidalılığına və dadına görə çox qiymətlidir.
Qədim Misirdə onu "hökmdarların məhsulu" adlandırırdılar. Mərəçöyüdün faydalı cəhətləri həmişə təbiblərin diqqət mərkəzində olub. Təkcə Şərqdə deyil, Avropa ölkələrində də bitkidən geniş istifadə olunur. Kulinariyada mərəçöyüd salatı və püre şorbası geniş yayılıb. Təbabətdə isə vərəm, böyrək, şəkər və ürək-damar xəstəliklərində müxtəlif reseptlər əsasında bitkidən müalicəvi dərmanlar hazırlanaraq qəbul edilir. Sidikqovuçu təsir göstərir, toxumunun balla qarışığı sonsuzluğa qarşı ən yaxşı vasitələrdən biri hesab olunur.(saglamolun.az)
Geri dön