Ana Sayfa > Karusel / Hadisə > 45 yaşlı kişi küçədə güllələndi - BEYLƏQANDA

45 yaşlı kişi küçədə güllələndi - BEYLƏQANDA


6-04-2017, 10:57. Yazar: Xeberaz

45 yaşlı kişi küçədə güllələndi - BEYLƏQANDA


Beyləqan rayonunda güllələnmə hadisəsi baş verib.

"Xəbəraz.az " trend-ə istinadən bildirir ki, Beyləqan rayon prokurorluğundan verilən məlumata görə, hadisə rayonun SMD-4 qəsəbəsində baş verib. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Zalov Malik Əbdülhüseyn oğlu küçədə odlu silahla güllələnib. Yaralı ağır vəziyyətdə Beyləqan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1958-ci il təvəllüdlü Mirzəyev Nadir Qəzəb oğlu saxlanılıb.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cintayət işi başlanıb.


Geri dön