Ana Sayfa > Karusel / Hadisə / Şou-Biznes > Əkizlərin vurduğu kişinin vəziyyəti kritikdir - Həkimi açıqladı

Əkizlərin vurduğu kişinin vəziyyəti kritikdir - Həkimi açıqladı


5-04-2017, 21:09. Yazar: Xeberaz
Əkizlərin vurduğu kişinin vəziyyəti kritikdir - Həkimi açıqladı


Bu gün səhər müğənni Sevinc-Sevil Səfərova bacılarının törətdikləri qəza nəticəsində yaralanan kişi “Semaşko” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanada olan yeniçağ.az saytının əməkdaşlarının əldə etdiyi məlumata görə, zərərçəkənin adı Zöhrab Ağayevdir. O, bu gün səhər ağır kəllə-beyin xəsarəti ilə reanimasiyaya yerləşdirilib.

Zöhrab Ağayevin həkimi neyro-cərrah Nicat Məmmədov xəstənin vəziyyəti ilə bağlı açıqlama verib:

“Zöhrab Ağayevin kəllə sümüyü sınıb. O, açıq kəllə-beyin xəsarəti ilə xəstəxanamıza daxil olub. Hazırda vəziyyət çox kritikdir. Çünki burada yaş faktoru da var. Müayinələr aparılır.

Yəqin ki, cərrahi müdaxiləyə də ehtiyac olacaq. Hər an hər şey ola bilər. Allahdan ümid kəsilməz”.

Əkizlərin vurduğu kişinin vəziyyəti kritikdir - Həkimi açıqladı
Əkizlərin vurduğu kişinin vəziyyəti kritikdir - Həkimi açıqladı
Geri dön