Ana Sayfa > Karusel / Siyasət / Gündəm > Zakir Həsənov Səudiyyə Ərəbistanı kralı ilə görüşüb

Zakir Həsənov Səudiyyə Ərəbistanı kralı ilə görüşüb


5-04-2017, 17:33. Yazar: Xeberaz
Zakir Həsənov Səudiyyə Ərəbistanı kralı ilə görüşüb

Aprelin 5-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanı kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı tərəflər ölkələrimiz arasında ikitərəfli əlaqələr və əməkdaşlıq istiqamətlərini, xüsusilə də hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə həmçinin Səudiyyə Ərəbistanının Dövlət naziri, Nazirlər Kabinetinin üzvü doktor İbrahim bin Əbdüləziz Al-Assaf, Mədəniyyət və İnformasiya naziri doktor Adel bin Zaid Altoraifi və Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rasim Rzayev də iştirak ediblər.

Zakir Həsənov Səudiyyə Ərəbistanı kralı ilə görüşüb
Geri dön