Ana Sayfa > Karusel / Hadisə > Terrorda ölən Dilbarənin meyiti Bakıya gətirildi

Terrorda ölən Dilbarənin meyiti Bakıya gətirildi


5-04-2017, 16:56. Yazar: Xeberaz
Terrorda ölən Dilbarənin meyiti Bakıya gətirildi

Sankt-Peterburq metrosundakı terror aktı zamanı ölən azərbaycanlı Dilbarə Əliyevanın meyiti Bakıya gətirilib və qohumlarına təhvil verilib.
"Xəbəraz.az " xəbər verir ki, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğundan report-a verilən məlumata görə, dünən meyitin tanınması və sənədləşdirmə işləri yekunlaşıb və D.Əliyevanın meyiti bu gün yerli vaxtla saat 11:00-da təyyarə ilə Bakıya göndərilib.

Xatırladaq ki, 20 yaşlı D.Əliyeva aprelin 3-də Sankt-Peterburq metrosunda törədilmiş terror aktı nəticəsində həlak olub. O, imperator I Aleksandr adına Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetinin üçüncü kurs tələbəsi olub. D.Əliyevanın valideynlərinin Sankt-Peterburqda yaşamasına, onun Rusiya vətəndaş olmasına baxmayaraq, mərhum tarixi vətənində dəfn ediləcək.
Geri dön