Ana Sayfa > Karusel / Hadisə > Peterburqda həlak olan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Peterburqda həlak olan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR


5-04-2017, 16:45. Yazar: Xeberaz
Peterburqda həlak olan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Sankt-Peterburq metrosunda partlayış zamanı həlak olan azərbaycanlı tələbə Dilbər Əliyevanın yaxınlarına Peterburq qubernatorunun məsləhətçisi, Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov kömək edəcək.

"Xəbəraz.az " virtualaz-a istinadən xəbər verir ki, onun sözlərinə görə, artıq diaspora nümayəndələri aeroportda həlak olmuş tələbənin qohumlarını qarşılayıblar. O həmçinin bildirib ki, Azərbaycan diasporası faciədə həlak olmuş qızın qohumlarına maliyyə yardımı edəcək.

Peterburqda həlak olan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Azərbaycan diasporası sabah baş tutacaq terrora qarşı mitinqdə də iştirak edəcək.

Xatırladaq ki, hadisə aprelin 3-də saat 14.40-da "Sennaya ploşad" və "Texnoloqiçeskiy institut" stansiyaları arasında baş verib. Nəticədə 14 nəfər həlak olub, 80 nəfər xəsarət alıb.
Geri dön