Ana Sayfa > Karusel / İdman > UEFA Azərbaycana 1 milyon avro əlavə vəsait ayıracaq

UEFA Azərbaycana 1 milyon avro əlavə vəsait ayıracaq


5-04-2017, 15:04. Yazar: Xeberaz
UEFA Azərbaycana 1 milyon avro əlavə vəsait ayıracaq

UEFA ona üzv olan bütün milli assosiasiyaların hər birinə 1 milyon avro əlavə vəsait ayıracaq.

Bu barədə Finlandiyanın paytaxtı Helsinkidə keçirilən Konqresdə UEFA-nın prezidenti Aleksandr Çeferin açıqlama verib.

"Biz hər bir assosiasiyaya cari tsikl üçün əlavə olaraq, 1 milyon avro ayırmağı qərara aldıq. Belə ödənişlər UEFA-nın yaxşı maliyyə nəticələri və uğurlu turnirlər sayəsində mümkün oldu", - deyə sloveniyalı funksioner bildirib.

Qeyd edək ki, UEFA-nın tərkibinə 55 milli assosiasiya, o cümlədən AFFA daxildir.
Geri dön