Ana Sayfa > Karusel / Gündəm > Bu gün ANS-in məhkəməsidir

Bu gün ANS-in məhkəməsidir


5-04-2017, 14:19. Yazar: Xeberaz
Bu gün ANS-in məhkəməsidir

Bu gün saat 16:15-də Azərbaycan Respublikası Ali Məhkəməsində ANS ÇM-in kasassiya şikayətləri üzrə prosses keçiriləcək.
"Xəbəraz.az " istipress-ə istinadən xəbər verir ki, kasassiya şikayəti Milli Teleradio Şurasının 18 iyul 2016-cı il tarixli ANS ÇM-in Lisenziyasına xitam verilməsinə dair qərarından verilib.

Belə ki, Milli Teleradio Şurasının 18 iyul 2016-cı il tarixli şikayəti əsasında Milli Qəhrəman Çingiz Mustafayev adına ANS ÇM radiostansiyasının lisenziyasına xitam verilməsinə dair qərar qəbul edilib. Sonradan ANS ÇM-in bununla bağlı Apellyasiya Məhkəməsinə müraciəti təmin edilməmişdi.

Bu gün isə Ali Məhkəmədə hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə Apellyasiya Məhkəməsinin qərarından şikayətə baxılacaq.
Geri dön