Ana Sayfa > Karusel / Gündəm > Sabahın HAVAsı

Sabahın HAVAsı


4-04-2017, 14:37. Yazar: Xeberaz
Sabahın HAVAsı




Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 4-7° isti, gündüz 12-17° isti,
Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan 772 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8° isti, gündüz 16-21° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.



Geri dön