Ana Sayfa > Karusel / Gündəm / Hadisə / Dünya / Xəbəraz TV > Sankt-Peterburq metrosunda partlayış anı - VİDEO

Sankt-Peterburq metrosunda partlayış anı - VİDEO


4-04-2017, 10:50. Yazar: Xeberaz
Sankt-Peterburq metrosunda partlayış anı - VİDEO


Rusiyanın Sankt-Peterburq şəhərinin metrosunda baş vermiş partlayış anının görüntüsü yayılıb.

APA TV-nin məlumatına görə, Rusiya Milli Antiterror Komitəsi terror aktı nəticəsində ölən və yaralıların sayı haqqında yeni məlumat açıqlayıb. Komitə terror aktı nəticəsində 11 nəfərin öldüyünü, 45 nəfərin isə yaralandığını bildirib.

Qeyd edək ki, aprelin 3-də Peterburq metropoliteninin "Texnoloji institut" və Sennaya ploşşad" stansiyaları arasında vaqonda partlayış baş verib.

Bundan başqa Milli Antiterror Komitəsi Peterburq metorpoliteninin "Ploşşad Vostaniya" stansiyasında da əldəqayırma partlayıcı qurğu aşkarlayıb. Partlayıcı zərərsizləşdirilib.

Rusiya İstintaq Komitəsi məlum hadisəni terror aktı kimi qiymətləndirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.




Geri dön