Ana Sayfa > Karusel / Gündəm > Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verdi


3-04-2017, 19:08. Yazar: Xeberaz
Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.

"Xəbəraz.az "AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında deyilir: "Hörmətli Vladimir Vladimiroviç.Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən sarsıtdı.

Biz heç bir təqsiri olmayan dinc vətəndaşlara qarşı yönəlmiş hər bir əməli qətiyyətlə pisləyirik.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzu edirəm".
Geri dön