Ana Sayfa > Karusel / Səhiyyə > ŞÜYÜD toxumundan çay - qəbizliyi müalicə edir, qurdları öldürür, təzyiqi salır
ŞÜYÜD toxumundan çay - qəbizliyi müalicə edir, qurdları öldürür, təzyiqi salır3-04-2017, 15:20. Yazar: Xeberaz |
Şüyüd toxumu qədim zamanlardan müalicəvi vasitə kimi çox geniş istifadə olunur. Sizə şüyüd toxumundan hazırlanmış müalicəvi çayın faydalarını təqdim edirik: - qarında köpü və spazmı azaldır - həzmi yaxşılaşdırır - qəbizlik zamanı kömək edir - sidikqovucu təsirə malikdir - təzyiqi aşağı salır - çox yaxşı qurdqovucu təsirə malikdir - sakitləşdirir, yuxunu tənzimləyir - nəfəs yolları təmizləyir - orqanizmi ziyanlı maddələrdən təmizləyir. Şüyüd toxumundan çayın hazırlanması: 2 ç.q. şüyüd toxumunu üyüdün, termosda yarım l isti suda 1 saat ərzində dəmləyin. Sonra dəmləməni yaxşı süzün və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla için. Hazır dəmləməni sərin yerdə saxlayın.(saglamolun.az) Geri dön |