Ana Sayfa > Karusel / Siyasət / Gündəm > Ermənistanda keçirilmiş parlament seçkilərində “exit-poll”un nəticələri açıqlanıb
Ermənistanda keçirilmiş parlament seçkilərində “exit-poll”un nəticələri açıqlanıb2-04-2017, 20:48. Yazar: Xeberaz |
Ermənistanda keçirilən parlament seçkiləri ilə əlaqədar təşkil olunan “exit-poll”un nəticələri açıqlanıb. APA-nın “news.am”-a istinadən verdiyi xəbərə görə, “Erkir media” telekanalının sifarişi əsasında Baltic Surveys/The Gallup Organization şirkətinin keçirdiyi “exit-pol”un nəticələrinə görə, hakim Respublika partiyası 46 faiz, “Tsarukyan” bloku isə 25 faiz səs toplayıb. Üçüncü yerdə “Yelk” bloku (10%), dördüncü yerdə isə “Daşnaksutyun” partiyası (5%) qərarlaşıb. Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır. “Exit-poll” 125 məntəqədə 19 130 seçici arasında keçirilib. Geri dön |