Ana Sayfa > Karusel / Dünya / M2 > Tunisdə muzeyə hücum nəticəsində ölənlərin sayı artdı

Tunisdə muzeyə hücum nəticəsində ölənlərin sayı artdı


18-03-2015, 21:06. Yazar: Xeberaz
Tunisdə muzeyə hücum nəticəsində ölənlərin sayı artdı
Ölənlərin 17-si xarici turistlərdir.

Tunisin paytaxtında milli muzeyə edilən silahlı hücumda ölənlərin sayı artıb.

Xeberaz.az -ın TASS-a istinadən məlumatına görə, onlardan 17-si xarici turistlərdir.

Girovların azad edilməsi üzrə əməliyyatın başa çatdığı bildirilir. Əməliyyat zamanı 1 tunisli polis və 2 silahlı ölüb.

Hələlik hücuma görə cavabdehliyi heç kim üzərinə götürməyib.

Xatırladaq ki, martın 18-də naməlum silahlılar Alaun (Bardo) Milli Muzeyinə hücum edərək orada olan turistlərə atəş açıblar.
Geri dön