Ana Sayfa > Karusel / Hadisə > Bizə at əti "yedizdirən" şəxs tutuldu - FOTO

Bizə at əti "yedizdirən" şəxs tutuldu - FOTO


1-04-2017, 17:05. Yazar: Xeberaz
Bizə at əti "yedizdirən" şəxs tutuldu - FOTO

Kürdəmir rayonunda at əti satmaq istəyən şəxs saxlanılıb.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, rayonun Xınıslı kənd sakini Anar Bağırov özünə məxsus həyətyanı sahədə iki atı kəsərək Kürdəmir rayonunun Yenikənd kənd sakini Tahir Kərimova məxsus "Mercedes" markali avtomobillə satmağa apararkən polis əməkdaşları tərəfindən tutulub.

Rayon Baytarlıq Xidmətinin əməkdaşları müsadirə olunan at ətindən müayinə üçün nümunə götürüblər.

Faktla bağlı rayon Polis Şöbəsi tərəfindən araşdırmalar davam etdirir.

Qeyd edək ki, bu fakt Anar Bağırovun ilk qanunsuz əməli deyil. Belə ki, o bundan əvvəl də at əti satışına görə saxlanılıb.
Bizə at əti "yedizdirən" şəxs tutuldu - FOTO
Bizə at əti "yedizdirən" şəxs tutuldu - FOTO
Bizə at əti "yedizdirən" şəxs tutuldu - FOTO

Geri dön