Ana Sayfa > Karusel / İdman > “Almaniyanın qorxusu” - Dmitri Nazarova ad verdilər

“Almaniyanın qorxusu” - Dmitri Nazarova ad verdilər


1-04-2017, 13:40. Yazar: Xeberaz
“Almaniyanın qorxusu” - Dmitri Nazarova ad verdilər

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi çıxış etdiyi “Aue”nin “Sankt-Pauli” ilə görüşünün iştirakçısı olub.

Almaniyalı həmkarlarımız oyunla bağlı reportajda Nazarovu xüsusi adla qeyd edib. Mətbuat onu “Deutschland-Schreck” kimi qələmə verir. Bu isə “Almaniyanın qorxusu” anlamına gəlir.

Nazarovun bu ada layiq görülməsi də təsadüfi deyil. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində Almaniyaya qarşı keçirilən DÇ-2018-in seçmə oyununda (1:4) qol sevinci yaşayıb. Hesab 0:1 olarkən bərabərlik qoluna imza atıb, Bundestimi az da olsa, təşvişə salan Dmitri rəqibin 9 aylıq quru seriyasını da qırıb. Məhz bu amil də ona “Almaniyanın qorxusu” adının verilməsi ilə nəticələnib.

Qeyd edək ki, “Aue”nin 1:0 hesabı ilə qalib gəldiyi oyunda Nazarov 77 dəqiqə forma geyinib.
Geri dön