Ana Sayfa > Karusel / Hadisə > Sumqayıtda dəhşətli hadisə: 6 yaşlı uşaq yanaraq öldü

Sumqayıtda dəhşətli hadisə: 6 yaşlı uşaq yanaraq öldü


1-04-2017, 11:14. Yazar: Xeberaz
Sumqayıtda dəhşətli hadisə: 6 yaşlı uşaq yanaraq öldü


Sumqayıtda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 20 m2sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 2011-ci il təvəllüdlü Vəliyev Mətləb Şahmar oğlunun yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Geri dön