Ana Sayfa > Karusel / Gündəm / M2 / Qoroskop > Bürclər bu günə nələr vəd edir?

Bürclər bu günə nələr vəd edir?


1-04-2017, 02:33. Yazar: Xeberaz
Bürclər bu günə nələr vəd edir?

Qoç - işgüzar danışıqların aparılması, görüşlər üçün münasib gündür. Öz gücünüzə inanırsınız və ətrafınızdakılar da uğur qazanacağınızdan əmindirlər. Bürcün əksər nümayəndələri iş yerinin dəyişməsi, yaxud gəlirli əməkdaşlıq barədə maraqlı təkliflər alacaqlar.

Buğa - Bəzi Buğalar üçünsə işdə məhəbbət macərası görünür. Ola bilsin ki, dostluq tədricən romantik münasibətlərə çevrilsin. Gözəl əşyalar ala bilərsiniz, əntiq mallara və sənət əsərlərinə xüsusi diqqət yetirin.

Əkizlər - hərəkətlərinizdə və fikirlərinizdə ardıcıllığı gözləyin, vurnuxmayın. Keçmiş iş ortaqlarınızdan çox sərfəli iş təklifi ala bilərsiniz. İşiniz çoxalır, amma bu sizi daha çox sevindirir. Ətraıfınızdakılara kömək edin: tezliklə sizin onların dəstəyinə ehtiyacınız olacaq.

Xərçəng - yorğunluq səbəbindən özünüzdən razı qalmayacaqsınız. Ruhdan düşməyin - doğrudan da, bütün mümkün və lazım olanı etdiniz. Özünüzə yaxın saydığınız adamla öz qorxularınızı, sizi narahat edən məqamları bölüşün, dəstək alacağınıza əmin olun.

Şir - başqalarının işlərilə daha çox məşğul olur, öz problemlərinizi isə unudursunuz. Xeyriyyə aksiyalarında, ictimai tədbirlərdə iştirak etmək olar. Yaxınlarınıza böyük həvəslə kömək edir, ailə problemlərinin həllilə məşğul olursunuz. Maliyyə işlərində bəxtiniz gətirir, xeyli pul ala bilərsiniz.

Qız - eyhamla danışan, hiyləgər, öz həqiqi rəylərini gizlətməyə çalışan insanlarla ünsiyyətdən qaçın. Bu gün sizi yanıltmaq asandır. Gərəkli olana deyil, inanmaq istədiyinizə inanırsınız, bu, axşam bəzi anlaşılmazlıqlar yaradacaq.

Tərəzi - işgüzar danışıqların aparılması, yeni tərəfdaş və həmfikir tapmaq üçün münasib gündür. Nüfuzlu şəxslər sizin layihələrinizin uğuruna şübhə etsələr də, dəstəklərini sizdən əsirgəmirlər. Boş mübahisələrə vaxt itirməyin, öz məqsədlərinizin ciddi olduğunu işlə sübut edin.

Əqrəb - bu gün, demək olar ki, Əqrəblərin əksəriyyəti pis vərdişlərindən əl çəkib həyat tərzini kökündən dəyişə bilər. Yaşlı qohumlarınız sizin uğurlarınıza ürəkdən sevinir və dəyərli məsləhətlərini əsirgəmirlər. Maliyyə problemlərinin həll üçün uğurlu gündür.

Oxatan - qarşı cinsin nümayəndələri ilə ünsiyyət üçün əlverişli gündür. İstənilən ürəyin buzunu sındıra bilirsiniz və bu elə də çox vaxtınızı almır. Əgər nədəsə köməyə ehtiyacınız varsa, qadınlara müraciət edin: məhz onların dəstəyi faydalı olacaq.

Oğlaq - yeni işə başlarkən onun uğuruna şübhə etməyin. Hətta şərait itstədiyiniz kimi olmasa da, situasiyaya nəzarəti ələ ala biləcəksiniz. Yaxınlarınız sizi hər bir işdə dəstəkləyərək çətin anınızda köməyinizə tələsəcəklər.

Dolça - sövdələr bağlamaq, qiymətli əmlakın satışı ilə məşğul olmaq olar. Götür-qoy etdikdən sonra azacıq riskə yol verə bilərsiniz.

Balıqlar - gün işgüzar sahədə xeyli dəyişikliklərlə bağlıdır. Aldığınız təkliflər maraqlıdır və gəlir vəd edir. Onları qəbul etməkdən çəkinməyin: yeni məsələləri həll etməyə gücünüz çatar.
Geri dön