Ana Sayfa > Karusel / Hadisə > Tanınmış şair ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Tanınmış şair ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi


31-03-2017, 22:47. Yazar: Xeberaz
Tanınmış şair ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Tanınmış rus şairi Yevgeni Yevtuşenko ABŞ-da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

APA-nın xəbərinə görə, bu barədə TASS agentliyinə onun həyat yoldaşı Mariya Novikova məlumat verib.

Onun sözlərinə görə, Y. Yevtuşenko vəziyyəti ağır kimi qiymətləndirilir.

“Vəziyyəti çox ağırdır. Daha ətraflı məlumat verə bilmərəm. Bu plan müayinəsi deyil”, deyə M.Novikova vurğulayıb.

Qeyd edək ki, Yevgeni Yevtuşenkonun 84 yaşı var.
Geri dön