Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Sükan arxasında nərd oynayan sürücü - Bakıda+video

Sükan arxasında nərd oynayan sürücü - Bakıda+video


31-03-2017, 22:19. Yazar: Xeberaz
Sükan arxasında nərd oynayan sürücü - Bakıda+video

Avtobus sürücüsü nərd oynaya-oynaya sərnişin daşıyır.

"Xəbəraz.az "ın XezerXeber.az-a istinadən məlumatına görə, hadisə ötən gün 160 nömrəli sərnişin avtobusunda yaşanıb.

Araşdırma zamanı məlum olub ki, sərnişinlərin həyatını təhlükəyə atan sürücünün adı Elşən Məmmədovdur.

E.Məmmədovdan bunun səbəbini soruşduqda, o, bu addımı başını qatmaq üçün atdığını bildirib.

Artıq həmin sürücü və marşurt xəttinin sahibi Bakı Nəqliyyat Agentliyinə dəvət edilib.

Bununla yanaşı sürücünün inzibati qaydada cərimə olunması üçün Dövlət yol polisinə də məlumat verilib.

Qeyd edək ki, sürücü əlində telefon nəqliyyat vasitəsini idarə etdiyi üçün onu 50 manat miqdarında cərimə gözləyir.


Geri dön