Ana Sayfa > Karusel / İdman > “Ronaldo “whatsapp”da yazdı ki, “evimə gələrsən?”

“Ronaldo “whatsapp”da yazdı ki, “evimə gələrsən?”


31-03-2017, 13:41. Yazar: Xeberaz
“Ronaldo “whatsapp”da yazdı ki, “evimə gələrsən?”

Ötən ilin noyabr ayında Braziliyanın “Miss Bumbum” (Ən gözəl bud - red) yarışmasının qalibi olan Erika Canella Madrid “Real”ının və Portruqaliya millisinin üzvü Kriştiano Ronaldo ilə münasibətindən danışıb.

“TV 7”ə danışan 20 yaşlı model Ronaldonun onu evinə dəvət ediyini, amma görüşün baş tutmadığını deyib. O, verdiyi müsahibə zamanı ulduz futbolçunun ona “whatsapp”da yazdığı mesajları da paylaşıb.

Həmin mesajlarda Ronaldonun “Miss Bumbum”a “Evimə gələ bilərsən? Səni görmək istəyirəm və yaşadığım yer səndən uzaqda deyil” – yazdığı görünür.

Canella Ronaldo ilə görüşünün baş tutmamasını belə izah edib: “Mən Ronaldoya cavab yazdım və dedim ki, başqa ölkəyə getməliyəm, amma biletimin vaxtını dəyişdirə bilərəm. Belə də etdim. O, bazar günü axşam saat 8-də qaldığım otelə avtomobil göndərmişdi. Ancaq telefonumda problem oldu və mən gecikdim. Maşında olan zaman Ronaldo ilə danışdım, gecikdiyimi dedim və o, əsəbdən özünü cilovlaya bilmədi. Mənə dedi ki, vaxtım azdır. Mən isə cavabımda 15-20 dəqiqəlik qadın olmadığımı dedim və qaldığım otelə qayıtdım. Düzdü, öncə onunla görüşün möhtəşəm olacağını düşünürdüm. Amma sonradan məndən istifadə edəcəyini başa düşdüm”.

Qeyd edək ki, ulduz futbolçu ötən ilin iyun ayından bu yana Georgina Rodrigezlə sevgilidir.
Geri dön